Şahin Diniyev istefa verdi
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev istefa verib.
SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, Diniyev Topaz Premyer Liqanın 12-ci turunda evdə “Səbail”ə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında qərarının açıqlayıb.
Qeyd edək ki, “Kəpəz” 12 turdan sonra 7 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Əlavə edək ki, Şahin Diniyev 2015-ci ildən “Kəpəz”i çalışdırırdı.