Şahmat Olimpiadası: Millimizin qrupdan çıxması möcüzəyə qaldı

İkinci onlayn Şahmat Olimpiadasının top divizionunda mübarizə davam edir.

Sportline.az xəbər verir ki, bu gün qrup mərhələsinin daha üç turu oynanılıb.

B qrupunda yer alan Azərbaycan komandası ilk olaraq Belarusla üz-üzə gəlib. Millimiz görüşü 3,5:2,5 hesabı ilə qalib tamamlayıb.

Ardınca Hindistan kollektivi ilə qarşılaşan zəka sahiblərimiz 2:4 hesabı ilə uduzub.

Günün son duelində isə yığmamız Moldova ilə münasibətləri aydınlaşdırıb. Komandamız rəqibini 5:1 üstələyib.

Beləliklə, millimiz 6 turdan sonra 7 xalla qrupda 4-cü pillədə qərarlaşıb. Hindistan 11 xalla birinci, eyni xala sahib Macarıstan əlavə göstəricilə görə ikincidir.  Fransa 8 xalla üçüncü yerdədir. İsveç və Sloveniya aktivinə 6, Moldova 4, Şençjen (Çin) və Belarus 3, Misir 1 xal xal yaza bilib.

Sabah - sentyabrın 10-da başa çataacaq qrup mərhələsində ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaq.

Xatırladaq ki, millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıb.

Ehtiyat heyət isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayevadan ibarətdir.

Qeyd edək ki, Olimpiadaya sentyabrın 15-də yekun vurulacaq.

Onlayn Şahmat Olimpiadası

​​Top divizion

B qrupu

IV tur
Azərbaycan – Belarus 3,5:2,5

Teymur Rəcəbov - Aleksey Aleksandrov 0,5:0,5
Qədir Hüseynov - Kirill Stupak 0:1
Günay Məmmədzadə - Aleksandra Tarasenka 1:0
Ülviyyə Fətəliyeva - Kseniya Norman 1:0
Məhəmməd Muradlı  - Vyaçeslav Zarubitski +/-
Gövhər Beydullayeva - Varvara Polyakova 0:1

V tur
Hindistan – Azərbaycan  4:2

Vişvanatan Anand - Teymur Rəcəbov 0,5:0,5
Vidit Santoş Qudjarati  - Şəhriyar Məmmədyarov 0,5:0,5
Hampi Koneru - Günay Мəmmərzadə 1:0
Harika Dronovali - Gülnar Məmmədova 0,5:0,5
Nihal Sarin - Vüqar Əsədli 1:0
R.Vaişali  - Хanım Balacayeva 0,5:0,5

VI tur
Azərbaycan – Мoldova 5:1

Şəhriyar Məmmədyarov - Viktor Boloqan 1:0
Qədir Hüseynov - İvan Şitko 0,5:0,5
Gülnar Məmmədova - Paula Qitu 1:0
Türkan Məmmədyarova  - Anna Petriçenko 1:0
Vüqar Əsədli - Yeqor Laşkin 1:0
Xanım Balacayeva - Аlina Mixaylova 0,5:0,5