Şahmatçılarımız 100 min avroluq turnirdə qələbə qazandılar

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, yarışda üçüncü turun qarşılaşmaları keçirilib. 

Azərbaycan şahmatçılarından ikisi görüşünü qələbə ilə başa vurub. Nicat Məmmədov almaniyalı Martin Vekeri, Rauf Məmmədov çexiyalı Voytex Platı yenib.

Nicat Abbasov Hannes Stefansson (İslandiya), Vasif Durarbəyli David Qavrilesku (Rumıniya), Riad Səmədov Aleksandr Domalçuk ilə (Ukrayna) "sülh bağlayıb".

Aydın Süleymanlı isə almaniyalı Liviu-Diter Nisipyanuya uduzub.

Üç turdan sonra Rauf Məmmədov və Nicat Məmmədov hesabına 2,5 xal yazıb. Nicat Abbasovla Vasif Durarbəyli 2, Aydın Süleymanlı 1,5, Riad Səmədov 1 xal toplayıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.