Şahmatçılarımız məğlub oldular

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində III turun qarşılaşmaları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gəlib. 36 yaşlı qrossmeysterimiz tay-breykdə rəqibinə uduzub - 2,5:3,5.

Teymur Rəcəbov isə Niderland şahmatçısı Aniş Giriyə eyni hesabla məğlub olub.

Xatırladaq ki, hər iki təmsilçimiz əvvəlki turlarda da məğlubiyyətlə üzləşiblər. Məmmədyarov Uesli So (ABŞ) və Maqnus Karlsen (Norveç), Rəcəbov isə Vladislav Artemyev (Rusiya) və Hikaru Nakamuraya (ABŞ) uduzub.

Hər tur ən azı üç, maksimum 4 rapid partiya oynanılır. Bərabərlik olduğu təqdirdə, blits və armageddona ehtiyac duyulur. 

İştirakçılar yarışa əvvəlki mərhələlərdə göstərilən nəticələrə əsasən bonus xallarla başlayıb. 

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən turnirə oktyabrın 4-də yekun vurulacaq. 

Çempionlar Turu
27 sentyabr
III tur

Yan-Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) 3,5:2,5 (1:0, 0:1, 0,5:0,5, 0,5:0,5, tay-breyk - 1:0, 0,5:0,5)
Teymur Rəcəbov (AZƏRBAYCAN) - Aniş Giri (Niderland) 2,5:3,5 (1:0, 0,5:0,5, 0,5:0,5, 0:1, tay-breyk - 0:1, 0,5:0,5)
Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) 3,5:2,5
Uesli So (ABŞ) - Vladislav Artemyev (Rusiya) 2,5:1,5
Levon Aronyan (Ermənistan) - Hikaru Nakamura (ABŞ) 1:3
 
Xal durumu:  Maqnus Karlsen - 23,5, Uesli So - 18,5,  Levon Aronyan - 12,  Hikaru Nakamura - 10, Aniş Giri - 9,5, Teymur Rəcəbov - 9, Maksim Vaşye-Laqrav - 8,5, Vladislav Artemyev - 5,5, Yan-Kşiştof Duda - 5, Şəhriyar Məmmədyarov - 1,5