Şahmatçımız dünya kubokuna vəsiqə qazandı

Rumıniyanın Yassa şəhərində şahmatçı qadınlar arasında Avropa çempionatının sonuncu - 11-ci turunun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, təmsilçilərimiz Türkan Məmmədyarova sloveniyalı, Ayan Allahverdiyeva isveçrəli rəqibinə qalib gəlib.

Gülnar Məmmədova Fransa, Günay Məmmədzadə və Xanım Balacayeva Rusiya, Gövhər Beydullayeva Avropa Şahmat İttifaqı, Zeynəb Məmmədyarova Yunanıstan, Xəyalə Abdulla Belarus, Nəsrin Babayeva Rumıniya təmsilçisi ilə xalı yarı bölüb. Ülviyyə Fətəliyeva isə macarsıtanlıya uduzub.

Ümumilikdə 7 xal yarım toplayan Gülnar Məmmədova 6-cı pillədə qərarlaşıb. Bununla da, şahmatçımız dünya kubokuna vəsiqə qazanıb.