Şahmatçımız Serbiyada qalib oldu

Azərbaycan şahmatçısı Fərid Orucov Serbiyanın Novi Sad şəhərində keçirilmiş şahmat üzrə beynəlxalq turnirin qalibi olub.

Sportline.az xəbər verir ki, təmsilçimiz səkkiz turdan 6 xal toplayaraq 12 şahmatçı arasında ən yaxşı göstəriciyə imza atıb.

İkinci yeri beş xal toplayan yerli idmançı Sinisa Draziç tutub. Üçüncü pillədə isə Bosniya və Herseqovina təmsilçisi Zoran Runiç qərarlaşıb. 

Banner