Şahruddin Avropanın ən yaxşı 3 futbolçusu sırasında
"FedEx" şirkəti DÇ-2022-nin seçmə mərhələsində ilk turun Avropa zonası üzrə ən yaxşı 3 futbolçusunu seçib.
Sportline.az xəbər verir ki, həmin "3-lük"də millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev də yer alıb. 26 yaşlı qolkiper Portuqaliya ilı matçda (0:1) 14 qurtarış etməklə 3-cü olub.
Birinci pillədə Türkiyə yığmasının kapitanı Burak Yılmaz, ikinci yerdə isə Çexiya millisindən Tomas Suçekdir. Yılmaz Niderlandla qarşılaşmada (4:2), Suçek isə Estoniya ilə matçda het-trik edib.
Qeyd edək ki, Azərbaycan bu gün Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Türkiyə Norveçlə, Çexiya isə Belçika ilə üz-üzə gələcək.