"Şamaxı" Premyer Liqanın bir addımlığındadır

Azərbaycan 1-ci liqasının 26-cı turunda "Şamaxı" səfərdə "Qaradağ Lökbatan"la qarşılaşıb.

Sportline.az xəbər verir ki, vacib görüşdə 3-2 hesabı ilə qələbə qazanan "Şamaxı" klubu sona 1 tur qalmış 54 xalla  liderliyə yüksəlib.

"Qaradağ Lökbatan" isə bu məğlubiyyətdən sonra 53 xalda qalaraq 2-ci pilləyə geriləyib.

"Şamaxı" son turda autsayder "Araz Saatlı"nı məğlub edəcəyi təqdirdə 1 il aradan sonra yenidən Premyer Liqaya qayıdacaq.

Qeyd edək ki, "Qaradağ Lökbatan" son turda "Mingəçevir" səfərinə yollanacaq.