"Şaxtyor"da yeni baş məşqçi
Ukraynanın “Şaxtyor” klubunun yeni məşqçisi müəyyənləşib.
Sportline.az Donetsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın “Sassuolo” klubundan ayrılan Roberto De Dzerbi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 41 yaşlı italyan mütəxəssis "Sassuolo"dan əvvəl ölkəsində "Benevento", "Palermo", "Fodca" klublarında da çalışıb.