“Şaxtyor”un gənc oyunçusu Premyer Liqa komandalarının diqqət mərkəzində

“Şaxtyor Donetsk”də ulduzu parlayan 21 yaşlı Qiorqi Sudakov bir sıra Premyer Liqa komandalarının radarına düşüb.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Mançester Yunayted, Arsenal və Mançester Siti klubları Sudakovun keçidində maraqlıdırlar.  

10 nömrə mövqeyində çıxış edən ukraniyalı futbolçu bu mövsüm çıxdığı 29 oyunda 7 qol və 3 asistlik performans göstərib.

Transfermark portalına görə, Sudakovun trasnfer dəyəri 25 milyon avrodur.