Şehiç qovuldu
Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" görüşündə meydan sahibləri azlıqda qalıb. SportLine.az xəbər verir ki, görüşün 30-cu dəqiqəsində Ağdam klubunun qapıçısı İbrahim Şehiç meydandan kənarlaşdırılıb.
Oyun epizodunda rəqib futbolçularla mübahisə edən bosniyalı qapıçı İnqilab Məmmədov tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.