"Şəhidlər ölməz, Vətən bölünməz" devizi ilə Pirallahı rayon birinciliyi keçirilib
"Şəhidlər ölməz, Vətən bölünməz" devizi ilə məktəblilər arasında mini-futbol turniri keçirilib.
Sportline.az xəbər verir ki, Pirallahı rayon birinciliyi 186 saylı məktəbin meydançasında keçirilib.
186 saylı məktəb finalda 235 nömrəli məktəbin komandasına 5:0 hesabı ilə qalib gələrək çempion olub.
Yekunda çıxış edən icra hakimiyyəti, məktəb rəhbərliyi və şəhid atası iştirakçıları təbrik edib, onlara medal, kubok və diplomlar verib.