Şəhriyar Məmmədyarov 8-ci oldu
Şahmatın rapid növü üzrə Polşanın paytaxtı Varşavada keçirilən çempionatına yekun vurulub.
Sportline.az xəbər verir ki, yarışda Azərbaycanın 12 qrossmeysteri mübarizə aparıb.
Kişilərin arasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə yarışıb. Onlardan ən yaxşı nəticəni Məmmədyarov göstərərək 9 xalla səkkizinci olub.
Qadınlardan isə dünya çempionatında Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparıb. Xanımlardan isə ən yaxşı nəticəyə 7,5 xalla 12-ci olan G.Məmmədova imza atıb.