Şəhriyar Məmmədyarov Aronyana qarşı

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Çempionlar Turu"nun yeni mövsümünün ilk yarışı olan "Airthings Masters" turniri davam edir.

Sportline.az xəbər verir ki, 16 şahmatçının mübarizə apardığı onlayn yarışın 3-cü günündə ilkin mərhələ çərçivəsində daha 4 turun qarşılaşmaları baş tutacaq. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov günün ilk oyununu çinli Dinq Lirenə qarşı keçirəcək. Digər turlarda isə 36 yaşlı qrossmeyster müvafiq olaraq Yan-Kşiştof Duda (Polşa), Levon Aronyan (ABŞ) və Vladislav Artemyevlə (Rusiya) münasibətləri aydınlaşdıracaq.

Hazırda Məmmədyarov 7 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Lider 19 xal hasil edən rusiyalı Yan Nepomnyaşidir. 

Xatırladaq ki, qələbəyə görə şahmatçılara 3, heç-heçəyə görə isə 1 xal verilir. 

Qeyd edək ki, dörd gün davam edəcək ilkin mərhələdə dairəvi sistem üzrə 15 tur oynanılacaq və ilk "8-lik" pley-offa yüksələcək. Yarışa fevralın 26-da yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 min ABŞ dollarıdır.

"Airthings Masters"

IX tur: Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov

X tur: Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda (Polşa)

XI tur: Levon Aronyan (ABŞ) - Şəhriyar Məmmədyarov

XII tur: Vladislav Artemyev (Rusiya) - Şəhriyar Məmmədyarov