Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində növbəti görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 37 yaşlı qrossmeyster XI turda ABŞ-ı təmsil edən ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov hazırda 10 xalla 16 şahmatçı arasında 15-ci pillədə qərarlaşıb.