Şəhriyar Məmmədyarov irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, cədvəlin ilk "10-luğ"unda Azərbaycanın bir təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 2776 xalla 7-ci pillədə yer alıb. Teymur Rəcəbovun 2 753 xalla 14-cü sıradakı mövqeyini qoruyub.

Qədir Hüseynov (2661) 5 pillə irəliləyərək 72-ci, Rauf Məmmədov isə 7 pillə irəliləyərək (2656) 80-ci olub.

Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür.