Şəhriyar Məmmədyarov Kasparovla qarşılaşacaq
ABŞ-ın Sent Luis şəhərində "Fişer şahmatı" (şahmat-960) üzrə "Champions Showdown" adlanan turnir start götürür.
Sportline.az xəbər verir ki, Bakı vaxtı ilə 00:00-da başlayacaq yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da mübarizə aparacaq.
İlk gündə 3 turun görüşləri keçiriləcək. 36 yaşlı qrossmeysterimiz startda Hikaru Nakamura (ABŞ), ardınca Maksim Vaşye-Laqrav (Fransa), günün son oyununda isə Harri Kasparov (Rusiya) ilə üz-üzə gələcək.
Turnirin digər iştirakçıları Fabiano Karuana, Uesli So, Lenyer Dominges, Sem Şenklend (hamısı ABŞ), Levon Aronyan (Ermənistan) və Pyotr Svidlerdir (Rusiya).
Qeyd edək ki, sürətli şahmat qaydaları ilə dairəvi sistem üzrə keçiriləcək və 9 turdan ibarət olacaq turnirin mükafat fondu 150 min dollardır.