Şəhriyardan heç-heçə

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri davam edir.

Sportline.az xəbər verir ki, bu gün beşinci turun görüşləri keçirilib. Təmsilçimiz Şəhriyar Məmmədyarov ağ fiqurlarla Lenyer Domingeslə (ABŞ) üz-üzə gəlib. 36 yaşlı qrossmeysterimiz 39-cu gedişdə rəqibi ilə "sülh bağlayıb". 

Beləliklə, 5 turdan sonra Məmmədyarov 2,5 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Maksim Vaşye-Laqrav, Lenyer Dominges və Uesli So hərəyə 3,5 xal toplayıblar.

Şəhriyar növbəti oyununu qara fiqurlarla Dariuş Sverçə qarşı keçirəcək. Görüşlər Bakı vaxtı ilə 00:00-da başlayır.

Qeyd edək ki, 10 şahmatçının iştirakı ilə keçirilən turnirin mükafat fondu 325 min dollardır. Qalib 90 min dollar qazanacaq.

"Sinquefield Cup"
V tur

Pyotr Svidler (Rusiya) - Sem Şenklend (ABŞ) 0,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa) - Dariuş Sverç (ABŞ) 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Lenyer Dominges (ABŞ) 0,5:0,5
Ceffri Şonq (ABŞ) - Fabiano Karuana (ABŞ) 1:0
Uesli So (ABŞ) - Rixard Rapport (Macarıstan) 0,5:0,5