Şenol Günəş daha bir il "Beşiktaş"da

Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Şenol Günəşlə müqavilə yeniləyib. SportLine.az NTV Spor-a istinadən xəbər verir ki, razılaşmaya əsasən mütəxəssis növbəti mövsüm də "qara qartal"a rəhbərlik edəcək.

Qeyd edək ki, 2015-ci ildən İstanbul klubunu çalışdıran Ş.Günəş ardıcıl iki mövsümdə komandaya çempionluq qazandırıb.