Şeydayevin əvəzinə Muradov
Zədə səbəbilə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətindən çıxarılan Ramil Şeydayevi kimin əvəzləyəcəyi məlum olub. SportLine.az xəbər verir ki, baş məşqçi Samir Əliyev "Zirə"nin futbolçusu İlkin Muradovu milliyə çağırıb.
Qeyd edək ki, Avro-2019-un təsnifat mərhələsi çərçivəsində Azərbaycan seçməsi noyabrın 9-da Almaniya, 5 gün sonra isə Kosovonu qəbul edəcək.