Şimali İrlandiyanın Bakıya gələcəyi vaxt müəyyənləşdi

DÇ-2018-in təsnifat mərhələsində Azərbaycanla qarşılaşacaq Şimali İrlandiya seçməsinin Bakıya gələcəyi tarix açıqlanıb.

SportLine.az xəbər verir ki, Birləşmiş Krallıq təmsilçisi sabah Türkiyəyə yola düşəcək. Orada 4 günlük toplanışın ardınca iyunun 8-də Mayk O`Nilin komandası Bakıya səfər edəcək. Şimali İrlandiya futbolçuları ertəsi gün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşqlərinə çıxacaqlar.

Xatırladaq ki, Azərbaycan - Şimali İrlandiya matçı iyunun 10-u, saat 20:00-da start götürəcək.