Şotlandiya klubu Uğurcan Çakır üçün təklif göndərib
Şotlandiya klubu Uğurcan Çakır üçün təklif göndərib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Seltik" "Trabzonspor"un təcrübəli qolkiperi Uğurcan Çakır üçün rəsmi təklif göndərib.
Şotlandiya klubu Uğurcan Çakır üçün "Trabzonspor"a 7,5 milyon funt sterlinq təklif edib. "Seltik"in baş məşqçisi və meneceri təcrübəli qapıçının keçidi üçün təklifi artıra biləcəklərini deyib.
Qeyd edək ki, Uğurcan Çakırın "Trabzonspor" klubu ilə müqavilə müddəti 2027-ci ildə başa çatacaq.