Şunin özünü Buffona bənzətdi
"Dinamo"nun qolkiperi Anton Şunin özünü Canluici Buffona bənzədib.
Sportline.az "Sport24"ə istinadla xəbər verir ki, qapıçı uzun müddət meydanlarda qalmaq istəyir.
“Yanvarda 37 yaşım tamam olacaq. Bu gün mənim müqaviləm var və ona uyğun çalışıram. Sonra nə olacağını görəcəyik. Buffon kimi onun yaşında təqaüdə çıxmaq istərdim. Sağlamlığınız imkan verirsə və kifayət qədər gücünüz varsa, niyə də olmasın? Bu arada özümü əla hiss edirəm" - deyə Şunin bildirib.
Qeyd edək ki, Canluici Buffon 2023-cü ilin avqustunda 45 yaşında karyerasını bitirib.