“Siti” son dəqiqədə vurduğu qolla qələbə qazandı

İngiltərə Premyer Liqasının 8-ci turunda “Mançester Siti” səfərdə “Vulverhempton”la qarşılaşıb.

Sportline.az xəbər verir ki, gərgin keçən matçda “Mançester Siti” Con Stounzun 90+5-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı 7-ci dəqiqədə “Vulverhempton” komandası açıb. Yorgen Strand Larsen hədəfdən yayınmıyıb. “Mançester Siti”nin bərabərlik qolunu isə 33-cü dəqiqədə Yosko Qvardiol vurub.

Qeyd edək ki, “Mançester Siti” 1 oyun artıq keçirməklə 20 xalla 1-ci pilləyə yüksəlib. “Vulverhempton” isə 1 xalla aşkar autsayderdir.