Sivasspor ingiltərəli futbolçunu heyətinə qatıb

"Sivasspor" klubu ingiltərəli yarımmüdafiəçi Aleks Pritçardla razılıq əldə edib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, on nömrə mövqeyində çıxış edən futbolçu tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün Sivasa gəlib.

Pridçardı hava limanında klub nümayəndələri qarşılayıb.

Qeyd edək ki, "Birminqem" komandasından heyətə cəlb olunan 31 yaşlı futbolçu ötən mövsüm Çempionşipdə 34 oyuna çıxıb və 1 qol, 6 məhsuldar ötürmə edib.