Skaloni: "Çempion olacağımızı düşünmək axmaqlıqdır"

“Yaxşı oyun oynadıq və eyni məcrada davam etməliyik. "Polşa əks-hücumlarda yaxşı oynayan komandadır, amma buna imkan vermədik. Biz çempionatın favoriti deyilik, sadəcə titul uğrunda mübarizə aparacaq komandayıq. Bu gün qalib gəlməklə çempion olacağımızı düşünmək axmaqlıqdır".

Sportline.az xəbər verir ki, bu sözləri Argentina millisinin baş məşqisi Lionel Skaloni DÇ-2022-nin qrup mərhələsinin sonuncu turunda Polşaya 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

Mütəxəssis iki gündən sonra 1/8 finalın oyununa çıxmaqları ilə bağlı söyləyib: "Bu, mənə dəlilik kimi görünür. Biz hazırda stadiondayıq, Avstraliya isə istirahət edir. Qrupda birinci olduğumuzu nəzərə alsaq, bu, çox az müddətdir. Daha çox dincələ bilərdik".

Qeyd edək ki, Argentina DÇ-2022-nin 1/8 finalında dekabrın 3-ü Avstraliya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.