Slovakiya - Azərbaycan oyununun hakimləri açıqlandı
UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək Slovakiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Villiam Collum olacaq. Ona yan xətdə Devid Makgiçi və Frensis Konnor köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Doland Robertson yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 22-də Trnavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.