Sloveniya millisinin AVRO 2024 üçün heyəti təqdim olunub

Sloveniya millisinin mətbuat xidməti "X" sosial şəbəkəsində millinin 2024-cü il Avropa Çempionatı üçün ilkin tərkibini açıqlayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Sloveniyanın 29 nəfərlik heyəti aşağıdakı oyunlardan ibarətdir.

Qapıçılar: Oblak, Beleç, Vekiç, Vidovsek.

Müdafiəçilər: Balkoveç, Bijol, Blaziç, Brekalo, Drkuşiç, Janza, Karniçnik, Stoyanoviç, Zaletel.

Yarımmüdafiəçilər: Elsnik, Qnezda Çerin, Stankoviç, Horvat, Kurtiç, Lovriç, Verbiç, Zayç, Zelkoviç, Zugel.

Hücumçular:Çelar, İliçiç, Mlakar, Sesko, Şporar, Vipotnik, Zahoviç

Qeyd edək ki, Sloveniya millisi turnirdə Danimarka, İngiltərə və Serbiya ilə birgə C qrupunda mübarizə aparacaq.