Sobolev "Zenit"də ilk məşqinə çıxıb

"Zenit"in "Spartak"dan heyətinə qatdığı Aleksandr Sobolev yeni klubu ilə ilk məşqinə çıxıb.

Sportline.az xəbər verir ki, Sankt-Peterburq klubu sosial media hesablarında komandanın məşq görüntülərini paylaşıb. 

Avqustun 30-da "Zenit"in mətbuat xidməti rəsmi olaraq Sobolev ilə daha bir mövsüm uzatmaq imkanı ilə üç illik müqavilə imzalandığını açıqlayıb .

Sobolev təxminən bir ay əvvəl "Spartak"ın əsas komandasından uzaqlaşdırılmışdı.

Ötən mövsüm Moskva klubunun heyətində 34 oyuna çıxan Sobolev aktivinə 10 qol və 9 məhsuldar ötürmə yazdırıb. Transfermarkt portalında oyunçunun transfer dəyəri 7.5 milyon avrodur.