Son çempion “canavarların” qonağı olacaq
Bu mövsümdə İngiltərə Premyer Liqasında çempionluğu hədəfləyən “Mançester Siti” bu tur “Vulverhempton”un qonağı olacaq.
Sportline.az xəbər verir ki, 8-ci tur çərçivəsində keçiriləcək matçı Kris Kavana idarə edəcək. Heyətlərə nəzər saldıqda “Mançester Siti”də əsas itki Kevin De Brüyne, Rodri və Oskar Bobun adı ilə bağlıdır. Adı çəkilən futbolçular zədə səbəbində matçı buraxmalı olacaq.
“Vulverhempton”da isə itkilərin sayı kifayət qədərdir. Bastien Meupiyo, Yerson Moskera, Boubakar Traore, Enso Qonzales, He çen Hvanq, Saşa Kaladziç.
Qeyd edək ki, “Vulverhmepton” – “Mançester Siti” matçı bu gün saat 17:00-da başlayacaq.