"Yuventus" Massimiliano Alleqri ilə yollarını ayırdı

"Yuventus" Alleqrini İtaliya Kubokunun finalında aqressiv davranışına görə istefaya göndərib.
 
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, "Yuventus" rəhbərliyi Massimiliano Alleqrinin "Atalanta" ilə oyunda hərəkətlərindən sonra bu qərara gəlib.
 
"Yuventus" bu mövsüm Alleqrinin rəhbərliyi altında 36 turdan sonra 67 xalla dördüncüdür.
 
Qeyd edək ki, "Yuventus" İtaliya kubokunun finalında "Atalanta"nı 1-0 hesabı ilə məğlub edərək 15-ci dəfə turnirin qalibi olub.