Spaletti "Napoli"də qalır

İtaliyanın "Napoli" klubu baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, 64 yaşlı mütəxəssis "Fiorentina"ya 1:0 hesabı ilə qalib gəldikləri A Seriyasının XXIII tur oyunundan sonra bu barədə açıqlama verib.

Spaletti rəhbərliyin sözləşmənin artırılması variantını aktivləşdirdiyini söyləyib. O, yeni müqavilənin 2024-cü ilin yayınadək nəzərdə tutulduğunu vurğulayıb.

Qeyd edək ki, "Napoli" 32 ildən sonra İtaliyada çempionluğunu rəsmiləşdirib. Komanda son olaraq 1989/1990 mövsümündə A Seriyasının qalibi olub.

Banner