"Spartak" argentinalı futbolçu transfer edib

Moskva "Spartak"ı heyətini "River Pleyt"in yarımmüdafiəçisi Ezekiel Barko ilə gücləndirib.

Sportline.az Rusiya klubunun mətbuat xidmətinə əsasən xəbər verir ki, 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.Transfer məbləği 14 milyon avro təşkil edib.

Barko paytaxt klubunda 5 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edə ki, ötən mövsüm "River Pleyt"in heyətində 28 oyunda 2 qol və 7 asistlə yadda qalıb.