"Spartak" heyətini müdafiəçi ilə gücləndirmək istəyir
Moskva "Spartak"ı "Rosario Sentral"da çıxış edən Aqustin Sandezin xidmətində maraqlıdır.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Rusiya klubu 23 yaşlı futbolçunun keçidi üçün "Rosario" klubu ilə danışıqlar aparır.
Sandez Argentina klubunda 2023-cü ildən çıxış edir.Bu müddət ərzində komandası ilə 36 oyuna çıxan futbolçu 2 qola imza atıb.
Onun hazırki klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.Transfermarkt portalında Sandezin transfer dəyəri 1.5 miyon avrodur.
Xatırladaq ki, bu gün "River Pleyt"in argentinalı futbolçusu Ezeqiel Barko 14 milyon avro qarşılığında Spartak klubunun sıralarına qoşulub.