"Spartak" Özbəkistan klubunu böyük hesabla məğlub edib
Yeni mövsümün hazırlıqlarına Rusiyada davam edən "Spartak" Mosvka növbəti yoldaşlıq oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Deyan Stankovçin komandası "Lujniki"də "Nasaf" Qarşi ilə qarşılaşıb.
Görüş paytaxt klubunun 3-0 hesablı qələbəsi ilə nəticələnib. Bu, qırmız-ağların mövsüm öncəsi son yoldaşlıq oyunu olub.
Matçda bütün qollar ilk hissədə qeydə alınıb: Daniil Denisov (13), Pavel Melyoşin (43), Daniil Zorin (45).
Qeyd edək ki, Rusiya Premyer Liqasında yeni mövsüm iyulun 20-də start görürəcək. Spartak ilk turda "Orenburq"la səfərdə qarşılaşacaq.