"Spartak" portuqaliyalı futbolçusunu icarəyə göndərib
Moskva "Spartak"ı sağ cinah müdafiəçisi Tomaş Tavareşi LASK klubuna icarəyə verib.
Sportline.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi hesabı məlumat yayıb.
23 yaşlı futbolçu qarşıdakı bir mövsümü Avstriya klubunda keçirəcək.
Ötən mövsümün böyük bir hissəsini zədəli keçirən Tavareş Moskva klubunun heyətində yalnız 4 oyuna çıxmışdı.
Qeyd edək ki, 2023-cü ildə "Benfika"dan heyətə cəlb olunan Tavareşin Rusiya klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.