"Spartak" rusiyalı hücumçunu əsas heyətdən uzaqlaşdırıb
"Spartak"ın hücumçusu Aleksandr Sobolev heyətdən kənarlaşdırılıb.
Sportline.az xəbər verir ki, bu barədə Moskva klubunun idman direktoru Tomaş Amaral açıqlama verib.
Amaral "Sobolev klubun qərarı ilə əsas komandanın məşqlərindən uzaqlaşdırılıb" deyib.
Daha əvvəl "qırmızı-ağlar"ın baş məşqçisi Deyan Stankoviçin Sobolevin gedişi ilə bağlı komandanın futbolçularını məlumatlandırdığı haqda xəbərlər yayılmışdı.
Rusiya mətbuatının xəbərinə görə, 27 yaşlı futbolçu böyük ehtimalla "Zenit"ə keçəcək.