"Spartak" serbiyalı oyunçu ilə yolları ayırmağı düşünmür
"Spartak"ın baş direktoru Oleq Malışev komandanın müdafiəçisi Srcan Babiçin gələcəyi haqda danışıb.
Sportline.az xəbər verir ki, Oleq Malışev Sport24.ru-ya müsahibəsində bu fikirləri səsləndirib.
"Babiş komandanın əsas oyunçularındandır. Transfer pəncərəsi bağlanana qədər hər şey ola bilər, amma bizim Srcanı buraxmaq kimi fikrimiz yoxdur. Biz, onu yeni mövsümün planlamasında düşünürük".
Qeyd edək ki, 28 yaşlı müdafiəçinin "Spartak"la müqaviləsi 2026-cı ilə qədərdir.