"Spartak"ı o çalışdıracaq
Rusiya "Spartak"ının yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az klubun saytına istinadən xəbrə verir ki, bu vəzifəyə Ruy Vitoriya təyin olunub. 51 yaşlı mütəxəssis komandadan ayrılan Domeniko Tedeskonu əvəzləyib. Onula 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, R.Vitoriyanın son klubu Səudiyyə Ərəbistanının "An-Nasr" klubu olub.
Xatırladaq ki, "Spartak" Rusiya Premyer Liqasını 57 xalla 2-ci pillədə başa vurub.