"Spartak"ın hücumçusu Misir klubunun radarına düşüb
Moskva "Spartak"ının yamaykalı oyunçusu Şamar Nikolson karyerasını Afrikada davam edirə bilər.
Sportline.az Dzair Sport-a istinadla xəbər verir ki, 27 yaşlı futbolçu ilə "Əl-Əhli" klubu maraqlanır.
Mənbənin sözlərinə görə, "Əl-Əhli" Nikolsonu komandada görmək istəsə də, lakin “Spartak” hələ forvardın satışı ilə bağlı danışıqlara başlamayıb.
Ötən mövsümü icarə əsasında "Klermon"da keçirən Nikolson Fransa klubu ilə çıxdığı 28 oyunda 4 qola imza atıb.
Qeyd edək ki, oyunçunun hazırki transfer dəyəri 5 milyon avrodur.