"Sportinq" - "Yuventus": Heyətdəki itkilər
Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, “Arsenal”ı mübarizədən kənarlaşdırmaqla diqqətləri üzərinə çəkən “Sportinq” ilk görüşdə minimal hesabla məğlub olduğu “Yuventus”u əliboş yola salmaq niyyətindədir.
“Sportinq”in heyyətində Covane Kabral, Ceri Cast və Daniel Braqansa zədə səbəbindən komandasına kömək edə bilməyəcək. “Qoca Sinyora”da isə əsas itki Moyze Kinin zədəsi ilə bağlıdı. Oyunun ədalət təmsilçisi fransalı Françoyis Letexier olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.