"Srvena Zvezda" ardıcıl 4-cü mövsüm "qızıl dubl"a imza atıb

Mayın 21-də "Srvena Zvezda" ilə "Voyvodina" arasında Serbiya kubokunun final matçı baş tutub.Görüş Belqrad təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb və onlar tarixlərində 9-cu dəfə ölkə kubokunun sahibi olublar.

'Srvena Zvezda"nın qollarını 37-ci dəqiqədə Mirko İvaniç və 82-ci dəqiqədə Uroş Spaiç vurub.

"Voyvodina"nın yeganə qolunun müəllifi isə 90+8-ci dəqiqədə Aleks Vukanoviç olub.

Qeyd edək ki, "Srvena Zvezda" ardıcıl 4 mövsüm həm Super Liqanı, həm də Serbiya Kubokunu qazanaraq qızıl dubla imza atıb.