Stolüstü tennisçilər Polşaya yollanıblar
Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər.
Sportline.az xəbər verir ki, seçmə komanda bu məqsədlə bu gün Polşaya yola düşüb.
Martın 5-də Vladislavovo şəhərində start veriləcək “WTT Yoth Contender” turnirində 4 idmançı bacarığını göstərəcək.
Seçmə komandanın baş məşqçisi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Aylin Əsgərova qələbə uğrunda mübarizə aparacaq.
Beynəlxalq yarışa martın 8-də yekun vurulacaq.