Sudakovun qiyməti açıqlanıb

“Şaxtyor”un ukraynalı futbolçusu Georgiy Sudakovun qiyməti açıqlanıb.

Sportline.az “TBR Football” nəşrinə istinadən xəbər verir ki, “Vest Hem Yunayted” klubu Sudakov üçün “Şaxtyor”a yanvar ayında rəsmi təklif göndərəcək.

“Şaxtyor”un rəhbərliyi Sudakovun qiymətinin 50 milyon avro olduğunu söyləyib.

Qeyd edək ki, 22 yaşlı futbolçunun “Şaxtyor”la müqaviləsi 2028-ci ilin dekabr ayında başa çatacaq.