Süleyman Tağıyev: "Saxlanılan "Turan Tovuz" azarkeşləri buraxılıblar
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Neftçi" - "Turan Tovuz" matçından (2:0, ilk görüş - 0:1) sonra saxlanılan qonaq komandanın 3 azarkeşi sərbəst buraxılıb.
Bu barədə Sportline.az saytına "Turan Tovuz" klubunun mətbuat katibi Süleyman Tağıyev məlumat verib.
Xatırladaq ki, ötən gün qonaqların azarkeşləri ilə polislər arasında mübahisə yaranmış və nəticədə 3 "Turan Tovuz" fanatı saxlanılaraq ərazi üzrə polis idarəsinə aparılmışdı.