"Sumqayıt" "Anji" ilə qarşılaşacaq

"Sumqayıt" Rusiyanın "Anji" klubu ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

SportLine.az Mahaçqala təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, oyun Türkiyənin Antalya bölgəsindəki Belek toplanışı çərçivəsində təşkil ediləcək.

Qarşılaşma yanvarın 22-ə planlaşdırılıb.

Qeyd edək ki, "Anji" Rusiya Premyer Liqasında 20 turdan sonra 19 xalla 15-ci yerdə qərarlaşıb. Bu komanda ötən gün qış fasiləsi ilə əlaqədar məzuniyyətə buraxılıb.