"Sumqayıt" baş məşqçisi ilə vidalaşıb

"Sumqayıt" basketbol klubu rusiyalı məşqçisi Aleksandr Mixaylovla yollarını ayırıb.

Bu barədə Sportline.az-a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Aleksandr Mixaylov ötən ilin sentyabrından "Sumqayıt"da çalışırdı.