"Sumqayıt" fitnes zalında çalışdı

Bu gündən Antalyada təlim-məşq toplanışına start verən "Sumqayıt" Futbol Klubu axşam məşqi ilə günü yekunlaşdırıb. 

SportLine.az klubun saytına istinadən xəbər verir ki, futbolçular Samir Abasovun rəhbərliyi altında günün ikinci məşqini fitness zalında keçiriblər. 

Təxminən 1 saat davam edən çalışma müxtəlif hərəkətlərlə başa çatıb. 

Qeyd edək ki, "Sumqayıt" FK Antalya toplanışının ikinci günündə də iki məşqlə kifayətlənəcək.