"Sumqayıt" futbolçusu ilə vidalaşdı
"Sumqayıt" futbolçusu Kərəm Sultanovla vidalaşıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Kərəm Sultanov 2020-ci ilin avqustunda "Sumqayıt"la 1 illik sözləşmə imzalamışdı.