“Sumqayıt” Gəncədə qalib gəldi

Topaz Premyer Liqasında 14-cü tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha bir qarşılaşma keçiriləcək. "Sumqayıt" Gəncədə "Kəpəz"lə münasibətləri aydınlaşdıracaq.

Hazırda autsayder mövqeyində qərarlaşan Yunis Hüseynovun komandası, qələbə qazanmaqla "zirzəmi"dən yaxa qurtarmaq istəyir. "Kimyaçılar" isə 3 xalla 4-cü pillədə bir qədər də möhkəmlənəcək.

Saat 14:00-da başlanacaq görüşü Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.


02 dekabr 2017
TPL, 14-cü tur

“Kəpəz” – “Sumqayıt” - 0:3
QOLLAR: 
Bəxtiyar Həsənəlizadə, 22 (0:1); Cavid İmamverdiye, 60 (0:2); Cavid İmamverdiye, 68 (0:3)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu

Standings provided by Sofascore LiveScore